Bəşəriyyəti iflic edən Çin it əti festivalından imtina etmək istəmir

DÜNYA 22 iyn 2020, 10:38

Çinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirus (COVİD-19) dünyada 200-dən çox ölkə və bölgədə yayılıb.

 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin ilk ortaya çıxdığı Çində 10 gün sürəcək it əti festivalı sərt təpkilərə baxmayaraq başlayıb.

 

Çinin Yulin şəhərində bu gün keçirilən festivalda yüzlərlə it kəsilərək sərgilənir.

 

Heyvan haqlarını müdafiə təşkilatları it ətinin xəstəliklərə səbəb olacağı barədə xəbərdarlıq ediblər.


Qeyd edək ki, Çində it əti ticarəti ildə 12,3 milyon dollarlıq gəlir gətirir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top