Deputat: “Azərbaycana təcili İsrail və Avropadan virusoloqlar gətirilməlidir”

GÜNDƏM 21 iyn 2020, 23:35

“Azərbaycanda kifayət qədər və peşəkar virusoloq, epidemioloq yoxdur, hansı ki, əhalini az itki ilə infeksiya təhlükəsindən qorumaq üçün təkliflər, planlar düşünüb, vəziyyəti düzgün idarə etsin. Qonşu dövlətlər bunu qəbul edib və xaricdən peşəkar mütəxəssislər cəlb edirlər. Orada 15-20 əcnəbi mütəxəssisdən ibarət komanda pandemiya ilə mübarizədə düzgün yol göstərir”.


Demokrat.az xəbər verir ki, bu təklifi millət vəkili Fazil Mustafa səsləndirib.


Deputat plenar iclasda Azərbaycana İsrail, İtaliya, İspaniyadan mütəxəssis dəvət edilməsi barədə məsələ qaldırıb.


“Vəziyyət çox ağırdır, insanları evlərində saxlamaq lazımdır. İndi yeganə yol təcriddir. Başqa ölkələrdə karantin rejiminə polis qorxusu ilə nəzarət etmirlər, bu işlə səhiyyə işçiləri məşğul olur. 


Biz gərək mütəxəssis çatışmazlığına və düşdüyümüz vəziyyətə görə utanmayaq. Kömək lazımdır, istəyək. Əks təqdirdə bizdə Braziliya ssenarisi olacaq”.(medicina.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top