Zaqatalada evə şimşək düşməsi yanğına səbəb oldu — FOTO

HADİSƏ 21 iyn 2020, 21:01

Zaqatalada fərdi yaşayış evini ildrım vurub.


Demokrat.az-ın məlumatına görə, axşam saatlarında Zaqatala şəhəri ərazisində Həbib Muxtar oğlu Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində yanğın baş verib.


Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 


Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən evdə hazırda yaşayış yoxdur. Ev sahibləri qonşu Rusiya Fedarasiyasında 


Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın ildırım vurması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, bu gün axşam saat 17:00 radələrindən Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. 


Şimşək çaxır, fasilələrlə qısamüdətli yağış yağır. Rayonun Pərzivan adlanan ərazisinə qısamüdətli dolu da düşüb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top