Azərbaycanlı həkim koronavirusdan qorunmağın əsas yolunu göstərdi: "Bunları etsəniz..."

MARAQLI 21 iyn 2020, 19:44

Son günlər koronavirus epidemiyası artmaqda və insanlarımızı psixoloji cəhətdən sındırmaqda davam edir. Bir çox insanlarımız hətta depressiv hallar belə keçirir.


Demokrat.az xəbər verir ki, həkim Füzuli Hüseynov bildirib ki, bu günlərdə özümüzü həm psixoloji cəhətdən müalicə etməli, həm də immunitetimizi artırmaqla mübarizəyə hazır olmalıyıq.


O koronavirusla mübarizənin əsas yolunu da göstərib:


“Hazırda insanlarımızı ən çox düşündürən budur ki, necə edək virus bizdən yan keçsin. Məncə, biz xəstəliyə tutulsaq belə, immun sistemimizi elə vəziyyətdə saxlamalıyıq ki, xəstəliyi yüngül keçirək. Çünki bu virusun insandan-insana keçməsi çox asandır.


Bir həkim kimi deyim ki, güclü immunitetə sahib olmaq üçün aşağıdakı məcundan gündə 3 dəfə qəbul etməklə biz həm immun sistemimizi gücləndirəcək, həm də depressiyadan çıxaraq mübarizəyə hazır olacağıq.


Bu məcunun tərkibi immuniteti gücləndirən vasitələrin ən yaxşısıdır. Bu, təkcə koronaviruslara qarşı yox, bütün növ virus, bakteriya və mikrob əleyhinə faydalıdır.


Beləliklə, lazım olan:


Təzə zəncəfil 100 qram

Ud hindi tozu - 100 qram

Qarazirə tozu - 100 qram

Çiçək tozu - 100 qram

Bal - 1 kq


Deməli, təzə zəncəfili yuyub təmizləyib sürtkəçdən keçirib qalan bitkiləridə  üyüdüb toz formasına salıb hamısını bir birinə qarışdırın gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı yeyin”.(Konkret.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top