“Xalq Bank”ın filial rəhbəri dənizdə boğuldu — FOTO

HADİSƏ 21 iyn 2020, 17:20

“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.


Demokrat.az xəbər verir ki, bu barədə “Report”a “Xalq Bank”dan bildirilib.


Qeyd edilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. 


Şahidlərin sözlərinə görə Y.Məmmədov üzüb uşaqlara çataraq onları xilas edib, amma özü boğulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top