Deputat: "Paşinyan və erməni cəmiyyəti tutarlı zərbəsini aldı"

SİYASƏT 21 iyn 2020, 16:16

"Ölkə Prezidenti İlham Əliyev iyunun 18-də Aİ - nın Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları ilə keçirilən videokonfransda bir daha siyasi iradəsini, diplomatik ustalığını, yüksək siyasi hazırlığını və qətiyyətini nümayiş etdirdi. Konfransa qoşulan erməni baş nazirinin diletant və gülüş doğuran replikası bumeranq effekti verdi və Paşinyan son dərəcə gülünc vəziyyətə düşdü". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. 


Deputat deyib ki, Azərbaycanı terror ölkəsi kimi təqdim etməyə çalışan Paşinyan Ramil Səfərov məsələsindən istifadə etməyə cəhd göstərib:


"Hər kəsə bəllidir ki, Ramil Səfərovla bağlı bu hadisənin baş verməsində Azərbaycan dövlətinin hər hansı iştirakı olmayıb və bu iştrak məhkəmədə təsbit edilməyib. Əslində, ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonunda doğulan, böyüyən və gözləri önündə yaxınlarının  erməni terrorunun qurbanı olması və bütövlükdə erməni işğalçılarının törətdikləri cinayətə Ramil Səfərov tərəfindən atılan bu addım adekvat idi. Azərbaycan dövləti Beynəlxalq hüquqa və Macarıstanla Azərbaycan arasında olan hüquqi razılaşmalara və prosedurlara söykənərək Ramil Səfərovun Azərbaycana gəlməsini təmin etdi. Ölkə Prezidenti tərəfindən onun əhv edilməsi dövlət başçısının Konstitusion hüququdur. Cənab Prezident İlham Əliyev bu addımı atmaqla Azərbaycan zabitinə və vətandaşına olan böyük diqqət və qayğısını bir daha ortaya qoydu. 

 

Paşınyanın diletant və əsassız fikirləri Cənab İlham Əliyev tərəfindən bir daha alt - üst edildi, konkret və dəmir məntiqlə ona ciddi zərbə endirildi. 


Dövlət başçımız özünün yüksək hazırcavablığını nümayiş etdirərək, ermənilərin terrorçu olduğunu konkret faktla sübut etdi. 


Göstərdi ki, 1983 - cü ildə Parisin Orli hava limanında çoxsaylı insanların ölümü ilə nəticələnən teror aktı törədən erməni Karapetyan ömürlük həbs cəzasına məhkum edilsə də, 2001 - ci ildə Ermənistana gətirilmiş, əhv olunmuş, dövlət səviyyəsində ən yüksək yaşayışla təmin edilmişdir və belə bir terrorçu Ermənistanda milli qəhrəman kimi qarşılanmışdı". 


F.Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin tarixi faktlardan gətirdiyi arqumentlər Paşinyanı pis vəziyyətə salıb:


"Bu fakt qarşısında Paşinyan kəkələdi, nə deyəcəyi bəlli olmadı və özünü gülünc vəziyyətə saldı. Faşist düşüncəli, terroru özlərinin həyat tərzi seçən ermənilər Dünya miqyasında getdikcə daha geniş şəkildə ifşa olunmaqdadırlar. Bu etnosun xəstə, vandal baxışlar sistemi və onun əsl mahiyyəti ardıcıllıqla Cənab Prezident tərəfindən Dünya səviyyəsinə təqdim edilməkdədir. 

 

Paşinyan və erməni cəmiyyəti Dövlət Başçımız tərəfindən növbəti, tutarlı və ciddi zərbəsini aldı".


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top