Əhəd Abıyevin başçısı olduğu rayona leysan yağdı — DOLU DÜŞDÜ

HADİSƏ 21 iyn 2020, 15:37

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağır, dolu düşüb.

 

Demokrat.az-ın xəbərinə görə, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb.
 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb. 


Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top