Koronaviruslu İLK SEÇKİ

DÜNYA 21 iyn 2020, 15:50

İyunun 21-də Serbiyada növbəti parlament və bələdiyyə seçkiləri keçirilir.


Demokrat.az xəbər verir ki, 6,5 milyon seçici 250 deputatın müəyyənləşməsi üçün səs verir.


Aparılmış rəy sorğularının nəticələrinə əsasən, Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya Mütərəqqi Partiyasının qələbə qazanma şansları daha yüksəkdir.


Xatırladaq ki, seçkilər aprelin 26-na planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.


Qeyd edək ki, Serbiyada indiyədək 12803 nəfər koronavirusa yoluxub, 260 nəfər vəfat edib, 11511 nəfər sağalıb.(Turkustan.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top