Ermənistanda COVID-19 xəstələrinin sayı 20 260 nəfəri ötdü

HADİSƏ 21 iyn 2020, 13:52

Ermənistanda son sutka ərzində daha 560 nəfərdə koronavirus aşkarlanıb, 18 pasiyent vəfat edib.

 

Demokrat.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 20 268-ə, bu virusdan ölənlərin sayı isə 350-yə yüksəlib.
 

Hazırda aktiv xəstələrin sayı 10 916-dır.
 

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top