Rayonlara gedən sürücülər torpaq yolda qazılmış quyuları əlləri ilə doldurdular — VİDEO

HADİSƏ 21 iyn 2020, 08:40

Ötən gün  axşam saatlarında Bakının cənub çıxışında yəni Ələt qəsəbəsində qurulan polis postuna yaxın ərazidə sıxlıq yaşanıb. Belə ki, yüzlərlə avtomobil təxminən 8 saat müdətində tıxacda qalıb. Çəkiliş qrupumuzun ərazidəki müşahidələrinə görə, sıxlığı görən və vəziyyətdən sui istifadə edənlər torpaq yola üz tutub. Hər bir sürücünün isə bir məqsədi vardı…Saat 12 olmamış postu keçmək…


APA TV xəbər verir ki, torpaq yolda sürücülərin qarşısına qazılmış quyular çıxıb. Onlar bu quyuları əlləri ilə basıdırıb ki, üstündən maşınları ilə rahatlıqla keçsin. Və belə də oldu.


Necə deyərlər, dərə-təpə düz gedənlər polisdən yaxasını qurtara bilmədi. Torpaq yoldan gələn hər bir sürücü və sərnişin polis əməkdaşları tərəfindən saxlanıldı.


Onlar barəsində protokol tərtib edildi.


Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin Şöbə Rəisi Sadin Əsgərov bildirdi ki,   torpaq yoldan istifadə edən hər bir şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə isə 200-ə yaxın sürücü barəsində protokol tərtib edilib.


Sürücülər isə bu yoldan istifadə etmələrinin səbəbini müxtəlif cür izah edirdi.


Magistral yolda qurulan postda isə sıxlığın əsas səbəbi  sürücülərin kütləvi şəkildə rayona üz tutması olub. Postun əməkdaşları bildirir ki, bir çox vətəndaşın sənədi üzərində olmadığı üçün proses ləngiyir. Bu hal kütləvi olduğu üçün sıxlıq uzunmüddətli olub.


Bəzi sürücülər isə avtomobilini yol kənarında saxlayaraq, postdan piyada keçməyə çalışıb.


Qeyd edək ki, Bakı Sumqayıt və Abşeron qeydiyyatında olan sürücü və sərnişinlər də payataxtı tərk etmək istəyib. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmaqla geriyə qaytarılıb.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top