"Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib" — Brilliant Dadaşova

ŞOU-BİZNES 20 iyn 2020, 21:40

"Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım. Sonra “Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.


Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.


Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:


“Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.


Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsən mən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.(oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top