Tovuzda yol çəkilişi zamanı qaz borusu partladı — Yaralılar var

HADİSƏ 20 iyn 2020, 17:59

Tovuzda qaz borusunun qaynağı zamanı partlayış baş verib.


"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndi yaxınlığında olub. Yol çəkilişi zamanı qaz borularında görülən qaynaq işləri zamanı partlayış baş verib.


Hadisə zamanı 1966-cı il təvəllüdlü Quliyev Sənan İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Süleymanov Məhərrəm İslam oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 


"Azəriqaz"dan verilən məlumata görə, yaralılar istehsalat birliyinin əməkdaşları deyil. 


Faktla bağlı araşdırma aparılır. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top