TƏBİB-dən Gürcüstanda yoluxmanın az olması ilə bağlı AÇIQLAMA

SİYASƏT 20 iyn 2020, 13:28

“Çarpayı sayı çox olsa da, hətta orta simptomlu xəstələrin müalicəsi belə ən azı iki həftə çəkir”.

 

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y. Qarayeva deyib ki, hər gün 400-500 aktiv xəstənin olması ehtimalı nəzərə alınaraq addım atılır: "Bu, öncədən düşünülüb və çarpayı sayı ilə bağlı problem yoxdur”.

 

Gürcüstanda yoluxmanın az olmasına gəlincə, TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top