TƏBİB: "Həftəsonu qapanması əks nəticə verdi"

GÜNDƏM 20 iyn 2020, 12:55

"Həftəsonu qapanma olan günlərdə istədiyimiz nəticəni görə bilmədik. Tam əks nəticələr oldu".

 

Demokrat.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

 

Y.Qarayeva qeyd edib ki, ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. "Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır”.
Onun sözlərinə görə, əsas məqsəd sosial aktivliyi azaltmaqdır. "Buna hər kəs yoluxa bilər. İnfeksiyadan qorunmağın yolu onun spesifik peyvəndənin olmasıdır. Bu günkü gündə virusun spesifik müalicəsi, peyvəndi yoxdur. Sosial şəbəkələrdə yayılan, isitifadə edilən dərman preparatları başqa xəstəliklərində müalicəsində istifadə olunur, onlar sadəcə tövsiyyədirlər. Nəzəriyyədirlər. Bu günki gündə kornavirus xəstəsini müalicə tam edə bilər deyə biəcəyimi dərman preparatı yoxdur".

 

Qurum rəsmisinin sözlərinə görə, virus sərhəd, yaş, sosial təbəqə tanımır. O, qeyd edib ki, bu güni yoluxmalar aprel mart aylarında olanlardan tamamilə fərqlənir. "Bugünkü xəstələrimiz mart və aprel aylarındakı xəstələrimizdən çox fərqlənir. Bugünkü xəstələrimiz çox ağırdır. Çünki virus mutasiyaya uğrayıb”. ("BakuPost")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top