Prokurorluq itkin düşüb tapılan qızlarla bağlı MƏLUMAT YAYDI

HADİSƏ 20 iyn 2020, 12:22

İyunun 19-da axşam saatlarında paytaxt sakinləri - 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə yola çıxaraq Bakı istiqamətinə gedən “KamAZ” markalı yük avtomobilinə miniblər.


Azyaşlılar paytaxta yaxınlaşarkən gecə saat 3 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.


İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top