Geyimi ilə hamını şoka salan tibb bacısı məşhur brendin siması oldu — FOTOLAR

ŞOU-BİZNES 20 iyn 2020, 08:36

Şəffaf geyimdə iş yerinə gələn və bununla da ictimaiyyətin dilinə düşən rusiyalı tibb bacısı Nadejda Jukova “Zasport” idman brendinin siması olub. 

 

Bu barədə “RİA Novosti” xəbər yayıb. 

 

Məlumata görə, şirkətin “Instagram” hesabında tibb bacısının fitnes geyimdə fotoları dərc olunub.

 

Xatırladaq ki, Rusiyada tibb bacısının hər kəsi şoka salan davranışı böyük müzakirələrə səbəb olub. Belə ki, o, pasiyentlərin palatasına şəffaf kostyumda daxil olub.


Hadisə Tula Regional Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində baş verib.


Portalın məlumatına görə, qız müdafiə geyimində çox isti olduğu üçün belə bir addım atdığını deyib. 

 

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top