Azərbaycanda aktyor bıçaqlandı - FOTO

HADİSƏ 08 sen 2018, 17:01

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

"Report"un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

 

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kono və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top