Məhkəmə Tofiq Yaqublu barəsində QƏRAR VERDİ

SİYASƏT 19 iyn 2020, 19:55

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində istintaq müddəti daha iki ay - avqustun 22-nə qədər uzadılıb.

 

Bu barədə iyunun 19-da Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədov qərar qəbul edib.

 

Məhkəmə Nizami rayonunun prokuroru Pərviz İbayevin bu barədə təqdimatını təmin edib.

 

Müstəntiq və prokuror istintaqın yekunlaşmadığını, Yaqublunun bu müddətdə həbsdə saxlanmasını zəruri saydığını iddia edib.

 

Təqdimata baxılarkən Tofiq Yaqublu da məhkəmə də iştirak edib.

 

Müsavat Partiyasının və Milli Şuranın üzvü bir daha özünü təqsirli bilmədiyini deyib. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top