"Vəziyyət pisdir, iş axtarıram" — Renka

ŞOU-BİZNES 19 iyn 2020, 19:48

"Depressiyadayam. Məclislər yoxdur, gəlir olmur. Pandemiya işimizə çox pis təsir edib".

 

Bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Sənətçi artıq maddi sıxıntı çəkdiyini etiraf edib. Renka bildirib ki, iş axtarmağa başlayıb:

 

"Karantin başlayandan bir manat da gəlirim olmayıb. İndiyənə kimi yığdığımı yedim. İndi o da bitib. Vəziyyət pisdir. Başqa işlərə əl atmağı fikirləşirəm. Heç olmasa gündəlik ehtiyacı ödəyim. Ona görə də iş axtarmağa başlamışam.

 

Əlimdən biznes qurmaq da gəlmir, bacarmıram. Bəlkə salon işinə qayıdım. Amma karantin bitəndən sonra rəqs məktəbi açacam".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top