Koronavirusun daha bir simptomu aşkar edildi

MARAQLI 19 iyn 2020, 19:10

Kanadalı alimlər koronavirusa yoluxmanın daha bir simptomunu aşkar edib.

 

Demokrat.az-ın məlumatına görə, ilk dəfə 29 yaşlı xəstədə göz qızartısı müşahidə olunub.

 

Qeyd olunur ki, kanadalı qadın martın əvvəlində ölkəyə qayıtmazdan əvvəl Filippində, daha sonra San-Fransiskoda olub. Xəstənin sağ gözü qızarmağa başlayıb, işığa qarşı həssaslıq yaranıb. Daha sonra onda öskürək, zökəm kimi simptomlar yaranmağa başlayıb.

 

Bir neçə gündən sonra xəstənin vəziyyəti pisləşdikdə keçiriklən testlər koronavirus infeksiyasının olduğunu göstərib. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top