“Zakir Qaralovun özündən başqa müavininin qızlarının adına milyonlarla sərvət çıxdı"

SİYASƏT 19 iyn 2020, 16:49

“İşdən çıxarılan, məmur təbəqəsinin başında dayanan şəxs bu gün bunu isindirə bilmir. Elə bir vəziyyət yaranıb ki, onlar hakimiyyətdən uzaqlaşmalarını qəbul edə bilmirlər və zaman-zaman etdikləri xəyanəti bu gün davam etdirirlər. Bununla da ölkədəki vəziyyəti gərginləşdirirlər”.

 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri ölkədə baş verən hadisələrə və digər məqamlara münasibət bildirib:

 

“Məsələn, onların hakimiyyət dairələrində müəyyən qolları bu gün də qalmaqdadır. Həmin insanların vasitəsilə, ölkədə milləti qıcıqlandırırlar. Baxırsan ki, təyin edilmiş deputatlar vasitəsilə xalqı qıcıqlandırırlar. Məsələn, biri millətə “it sürüsü” deyir, onu deyən adam təyin olunmuş deputatdır. Polisin içində olan dəstə yatdığı yerdə milləti sürüyüb evindən çıxardır. Bundan başqa, vaxtilə radikal müxalifəti maliyyələşdirən və bu gün müxalifətə gizli dəstək verən insanlar bu gün bir yerdədirlər. Yəni, bunların hamısı göz qabağında olan insanlardır. Artıq bu məsələlərdə başlayıblar dövlət başçısına müxtəlif yollarla təzyiq göstərirlər. Ümumiyyətlə, ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Artıq bu qarışıqlığı da yaradıblar, bünövrəsini qoyublar. Bu gün də göründüyü kimi, Azərbaycanda təxribatlar baş verir, güc strukturlarında olan bəzi insanlar müəyyən yerlərə həmlə edirlər. 

 


Götürək icra başçılarını. Bu gün rayonlarda nə qədər böyük problemlər var. Rayonlarda su yox, qaz yox, kənd təsərrüfatı üçün də susuzluqdan əziyyət çəkirlər, quraqlıq hökm sürür. Yəni, bunları edənlərin hamısı icra başçılarıdır. İcra başçılarının başında aparatda kim durur? Bu gün rayonlarda işlərin getməməsinin başında, yaxud da rayon icra hakimiyyətinin tutulmasının başında duranlar kimdir? Bu insanların hamısı bu gün birləşibdir. Vaxtilə də, elə bu gün də həmin adamın kadrlarıdır. Bunlar parlamenti də bu günə saldılar. Parlamentin əksəriyyəti üzdə Prezidentə sadiqdir. Üzdə bir söz deyirlər, arxada başqa iş görürlər.

 

H.Hacıyev Azərbaycanda mətbuatın düşdüyü vəziyyətdən də danışıb:

 

“Bu gün bütün sahələr iflic vəziyyətinə salınıb.  Eləcə də, mətbuatı iflic vəziyyətə salıblar. Götürüb tənqidi mətbuatı məhkəməyə verirlər. Cənab Prezident deyir ki, mətbuat mənim dostumdur, mənim köməkçilərim olmalıdır. Bəzi insanlar bunun əksinə gedirlər. Yəni, bu gün Prezidentin dediyinin hamısının əksinə getmək istəyirlər.  Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu 100 min pul qaytarıbdır. İndi də cinayət işi açılıbdır. Yəni, bunu o vaxtdı görmürdü? Dövlətə xəyanət edən cənab ağsaqqal, özünü ağsaqqal edənlər bunu görmürdü? Əlbəttə, görürdü. Sadəcə o, bu prosesi hazırlaya-hazırlaya gəlirdi. Kütləvi İnformasiya Vasitələrinə ayrılan pullar yeyildi, jurnalistlərə ayrılan evlər başqa-başqa insanlara paylaşdırıldı.

 

Partiya sədri, Yasamalda baş verən son hadisələrə də toxunub:

 

“Bu gün ermənilər bizim polislərin Yasamalda etdiklərini Ermənistan telekanallarında bizim gözümüzə soxurlar. Avropa Şurasında, ATƏT-də, Avropanın, Qərbin siyasi institutlarının hamısı bizi tənqid atəşinə tutub.  Bunu edənlərin artıq hamısı bəllidir. Bu məsələrin hamısı dediyim “qoca”nın kurasiyasında olan insanlardır.  Azərbaycan hakimiyyətinin daxilində dövlət başçısına xəyanət edən qüvvələr elə bil sıraya düzülüb. Ermənilər deyirlər ki, biz deyirsiniz azərbaycanlılarla bir yerdə yaşayın. Amma onlar öz vətəndaşlarını yatdığı yerdən sürüyüb çıxarırlar. Əlbəttə, polisin içində mərifətli insanlar da var. Xəstəlik dövründə öz çörəyini aparıb başqasının uşağına verənlər də var, dərman alıb aparanlar da var. Yəni, bunlar da var. Amma içərisində dediyim xəttə işləyən qüvvələr də var.  O cümlədən Zakir Qaralov çıxandan sonra dövlətin, millətin pulunu götürdü, gedib Gürcüstanda kazinolar açıb.  Gürcüstanda olan müəyyən qüvvələrlə birgə Azərbaycanda olan qüvvələrlə iş birliyindədir. Bunların hamısı faktdır, bunların hamısını biz son zamanlar demişik, bu gün də deyirik. Biz, çıxanın da dalınca danışmırıq. Azərbaycan hökumətinin içində yenə həmin qüvvələr var. Yenə təxribatla məşğul olan qüvvələr var. Bu gün Azərbaycanda nə qədər böyük qanun pozuntuları baş verir. Məhkəmələrdə ədalətsizlik baş alıb gedir. Bunların hamısı nədir? Xalqı narazı salmaq, xalqla dövlət arasında böyük bir qalmaqal yaratmaq. Burada cənab Prezidentin apardığı uğurlu işlərə, xalqı ilə bir yerdə olmasına, bir yerdə təmas qurmasına qarşı gedən qüvvələr var. Bu qüvvələr də başlayıblar ermənilərə ciddi “pas” verməyə ki, biz vəhşi dövlətik, biz idarəolunmaz insanlarıq. Onlar da bütün dünyaya car çəkirlər. Deyirlər ki, siz bizə azərbaycanlılarla əməkdaşlıq, bir yerdə yaşamaq təklif edirsiniz . Amma bunlar öz vətəndaşına qarşı görürsünüz nə əməl törədirlər? Bunlar hamısı Azərbaycan dövlətçiliyi üçün böyük zərbələrdir, böyük xəyanətdir. Xəyanət bəs nətər olur?. Bu ölkədə dövlət başçısına sadiq insanlar çox azdır. Çox sağ olsun, Əli Nağıyev. Çünki dövlət təhlükəsizlik baxımından rahatdır. Amma gəlin görək, başqa sahələrdə rahatlığımız varmı? Yoxdur. Məhkəmələrdə niyə bu qanunsuzluqlar olur?  Azərbaycanı harada qınayırlar ?  Azərbaycanı nədə top atəşinə tuturlar?  Azərbaycanda insan hüquqlarının pozulmasında, mətbuat azadlığının boğulmasında. Cənab Prezident açıq danışır, səmimi danışır. Amma bu gün gedib Xural TV-nin baş redaktoru Əvəz Zeynallını təhqir edirlər, təhdid edirlər. Zaur Qəriboğlunu təhdid edirlər, sizin saytı məhkəməyə verirlər. Bunların hamısını etməklə qaldı qaldırmaq, qıcıqlandırmaq istəyirlər”

 

“Zakir Qaralovun özündən başqa müavininin qızlarının adına milyonlarla nələrsə çıxıbdır. Niyə bunlar həbs edilməməlidir? Bunların hamısı çöldə qaldıqca, qorxurlar və tutulmamaqdan ötrü radikal qüvvələrlə birləşirlər. İstər xaricdə, istərsə də daxildə radikal qüvvələrlə birləşirlər ki, Azərbaycanda dövlət başçısına xəyanət etsinlər və sonra da yaddan çıxsınlar. Mən buradan bütün partiyalara çağırış edirəm: bunların qarşısını almaqdan ötrü biz dövlətçilik xidmət etməliyik. Biz xaricin Avropanın, Qərbin əlinin altında olan müxalifətə dəstək verməməliyik. Mən cənab Prezidenti müdafiə etmişəm, ömrümün axırına qədər də müdafiə edəcəm. Bu gün əl-ələ verib dövlət başçısına kömək etməliyik. O da çox cəsarətli şəkildə başladığı islahatları aparıb axıra qədər davam etdirməlidir”- deyə H.Hacıyev bildirib.

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top