“Rəqabətdə çətinlik çəkirəm, düyməni basa bilmirəm” — Deputat

GÜNDƏM 19 iyn 2020, 14:44

Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarovayla deputat Nigar Arpadarai arasında maraqlı dialoq baş tutub.

 
Demokrat.az xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib:


“Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin”.

 
Spiker isə deputata belə cavab verib: “Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top