"Prezidentin səyləri nəticəsində ölkədəki vəziyyət pandemiya həddini aşmayıb" - — Baş epidemioloq

SOSİAL 19 iyn 2020, 14:41

"Xəstəliyin artmasına yeganə səbəb, əhalinin karantin rejiminə və gigiyenik qaydalara əməl etməməsidir".


Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.


Həkim qeyd edib ki, Azərbaycanın bu sahədə əldə etdiyi naliyyətlər göz qabağındadır: “Mən fəxrlə deyərdim ki, Azərbaycan prezidentinin səyləri nəticəsində ölkədəki vəziyyət pandemiya həddini aşmayıb. Yəni, digər ölkələrdəki kimi Azərbaycanda bu xəstəlik hələ tüğyan etməyib. Təsəvvür edin ki, dünyanın ən inkişaf etmiş ölkələri bununla mübarzədə çətinlik çəkirlərsə, Azərbaycanın bu sahədə əldə etdiyi naliyyətlər göz qabağındadır. Xəstəliyin artmasına yeganə səbəb, əhalinin karantin rejiminə və gigiyenik qaydalara əməl etməməsidir. Əhalidən tələb olunan tibbi maskalar, ara məsafəsinin saxlanılması və gigiyenik normativlərə əməl olunarsa xəstəlik azalmağa doğru gedəcək. Lakin əhalinin müəyyən qrupu qoyulan rejimin mahiyyətini qəbul etmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top