Milli Məclisə həkimlərin həyat sığortası ilə bağlı layihə təqdim edildi

SİYASƏT 19 iyn 2020, 14:47

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna həkimlərin həyat sığortası ilə bağlı müddəanın daxil edilməsi vacibdir”.


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin bu gün keçirilən plenar iclasında deyib.


O bildirib ki, bu təkliflə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinə layihə təqdim edib.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, həmin layihə aidiyyəti şöbəyə yönləndirilib: “Həmin şöbə tərəfindən bu qanun layihəsinin qəbulu məqsədəuyğun sayılsa, növbəti iclasların birində müzakirəyə təqdim ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top