İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşdı

SOSİAL 19 iyn 2020, 13:55

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyevin vəziyyəti ağırlaşıb.


Bunu "Report"un sorğusuna cavab olaraq Q.Əliyevin müalicə aldığı Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildiriblər. 


"Qəzənfər Əliyevin vəziyyəti kritik olaraq qalır, hazırda müalicə işləri davam etdirilir", - məlumatda vurğulanıb. 


Qeyd edək ki, bir neçə gün öncə koronavirusla bağlı analizlərinin cavabı pozitiv çıxan Q.Əliyev və həyat yoldaşı, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top