Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı AÇIQLAMA

SOSİAL 19 iyn 2020, 13:29

“Yoluxucu xəstəlikləri evdə müalicə etmək olmaz. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Bunun da koronavirusla əlaqəsi yoxdur. Bütün hallarda yoluxucu xəstəliklər təhlükəlidir”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.


O bildirib ki, tənəffüs yolu xəstəliklərində pnevmaniyanın yaranmasına insanlar özləri səbəb olurlar: “Vaxtında həkimə müraciət etməyəndə ağırlaşma baş verir və nəticədə ağciyərlər sıradan çıxır”.


İ.Ağayev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan və vəfat edən tibb işçiləri də var: “Bu gün tibb müəssisələrində müasir tələblərə cavab verən qoruyucu vasitələr kifayət qədərdir və tibb işçiləri arasında bu virusa yoluxan olubsa, bu, onun səhlənkarlığı ucbatından baş verib. Çünki bu vasitələrlə yoluxma ehtimalı çox azdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top