Daha 3 ölkə koronavirusdan QURTULDU

DÜNYA 19 iyn 2020, 11:37

Dünyanın daha 3 ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 
Demokrat.az xəbər verir ki, Qrenada, Cəbəllütariq və Dominika pandemiyaya qalib gəlib.


Belə ki, Cəbəllütariqdə infeksiyaya yoluxmuş 176, Qrenadada 23, Dominikada 18 nəfərin hamısı sağalaraq evə buraxılıb. Bu ölkələrdə koronavirusdan ölən olmayıb.

 
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cəbəllütariq, Qrenada və Dominikanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.


Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Vatikan, Laos, Qvadelupa, Sint-Marten və Bruneydə koronaviruslu xəstə qalmayıb.


ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top