"Hamı güllələndi, necə oldu ki, Rəsulzadə sağ qaldı?" — VİDEO

SİYASƏT 18 iyn 2020, 23:58

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki qonağı tarixçi-alim Vasif Qafarovdur.

 

O, İrəvanın ermənilərə verilməsi ilə bağlı Milli Şuranın 29 may 1918-ci il tarixli qərarına toxunub. Tarixçi, bildirib ki, İrəvanın ermənilərə verilməsi haqda Milli Şuranın bu qərarına heç kim haqq qazandıra bilməz.

 

Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin və Məhəmməd Həsən Hacınskinin ən böyük səhvi Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşanın mövqeyini dəstəkləməməsi olub. Belə ki, Tələt Paşa “bu çibanın kökündən kəsilməli olması” barədə kəskin mövqe ortaya qoyub.

 

Vasif Qafarov aparıcının “Hamı güllələndi: bolşeviklər, Xalq Cümhuriyyətini quranlar... Amma necə oldu ki, Milli Şuranın sədri Rəsulzadə sağ qaldı” sualına da aydınlıq gətirib.

 

Tarixçi alimin sensasion cavablarını 19 iyun saat 22:00-da “Sadə həqiqətlər”in tam versiyasında izləyə bilərsiniz. (Axar.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top