Karantin rejimi sərtləşdirilən yerlərdə çimərliklərdən istifadə qadağan edilir

SOSİAL 18 iyn 2020, 20:18

“Karantin rejiminin ciddiləşməsi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq”.


Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


Onun sözlərinə görə, öncəki məhdudiyyətlərdən fərqli olaraq SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə, bunun üzərində işlənilir:


“Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumat veriləcək. İnsanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq. Yəni necə ki, SMS icazə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlmək müəyyən olunurdusa, bu çərçivədə yanaşılacaq. Bu istiqamətdə sabah əlavə məlumatlar veriləcək”. 


Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da bildirib ki, sərt karantin dövründə, iki həftə ərzində çimərlikdən istifadə mümkünsüz olacaq.


R. Mahmudov deyib ki, karantin rejimi yumşaldıqda tibbi-metodiki göstərişə uyğun olaraq çimərliklər açıla bilər: “Virusla yaşamaq üçün qaydalara, metodik göstərişlərə riayət etməliyik. Bu halda xəstəlik də nəzarətdə olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top