Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək

SOSİAL 18 iyn 2020, 19:54

“Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


TƏBİB sədri qeyd edib ki, xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.


O bildirib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb:


“Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.


Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək.”(“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top