İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA — VİDEO

SOSİAL 18 iyn 2020, 18:53

“Ölkədəki vəziyyət təhlil olunub və karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən bəzi sahələrin bağlanmasına qərar verilib”. 

 

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

 

O bildirib ki, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qüvvəyə minəcək:

 

“Sərt karantin tətbiq edilən iki həftə ərzində ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır, ictimai iaşə obyektlərinin yerində fəaliyyəti dayandırılır, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq.

 

Lakin 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Sərt karantin günlərində “Bakı Metropoliteni” öz fəaliyyətini davam etdirəcək. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top