Azadlığa çıxan AXCP fəalından Əli Kərimliyə qarşı GÖZLƏNİLMƏZ ADDIM

GÜNDƏM 18 iyn 2020, 17:53

Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.


Demokrat.az xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib və bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.


Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O, bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənilib.


Q. Əliyev bildirib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.(correct.az)

 

Həmin görüntüləri oxucularımıza təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top