Putin nəvələrindən danışdı

MARAQLI 18 iyn 2020, 17:43

Rusiya Prezidenti Vladimir Putin nəvələrinin onun Kreml ofisinə mütəmadi zəng etdiyini etiraf edib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin nəvələri ilə tez-tez əlaqədə olduğunu bildirib: “Onlar əlaqə saxlaya bilirlər və mütəmadi zəng edirlər”.


Qeyd edək ki, Rusiya lideri 2017-ci ilin iyununda canlı yayım zamanı qızlarının Moskvada yaşadıqlarını və elm ilə məşğul olduqlarını açıqlayıb. O, həmçinin bildirib ki, bu yaxınlarda ikinci dəfə baba olub. Bu mövzuda daha ətraflı danışmaq istəməyən Putin bunu nəvələrinin “şahzadə kimi böyüməsini”  istəməməsi ilə izah edib.


Daha sonra amerikalı rejissor Oliver Stouna verdiyi müsahibədə Putin nəvələri ilə ünsiyyət üçün vaxtının olmamasından təəssüfləndiyini bildirib. O,  qızlarının evli olduqlarını və karyeralarının siyasət və ya hər hansı böyük bir bizneslə əlaqəli olmadığını açıqlayıb.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top