"Bu, millətimizə qarşı açıq düşmənçilikdən başqa bir şey deyil" — Deputat

GÜNDƏM 18 iyn 2020, 09:40

Milli Şura Azərbaycanın heç bir uğuruna müsbət yanaşmayıb və sevinməyib. Əksinə bu radikal qurumda təmsil olunan şəxslər hər zaman ölkəmizin nailiyyətlərinə kölgə salmaq üçün cəhdlər edib. Çünki onlar xalqımıza qarşı düşmən mövqeyindən heç zaman imtina etməyiblər. Bu tip radikal qruplar ölkəmizin əldə etdiyi hər bir uğura çox böyük təəsüf hissi ilə yanaşırlar.


Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.


"Milli Şurada təmsil olunan Cəmil Həsənlilər, Əli Kərimovlar xalqımıza qarşı hər zaman açıq düşmən mövqeyində olmuş şəxslərdir. Pandemiya dönəmində neftin qiymətinin aşağı düşməsini sevinclə qarşılayanların hansı xislətdə olduğunu cəmiyyət yaxşı görür".


Millət vəkili vurğulayıb ki, pandemiya dönəmində neftə tələbat kəskin şəkildə azaldığı üçün qiymətin də aşağı düşməsi proqnozlaşdırılan idi: "Neftin qiymətinin düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrin hər birinə təsir edir. Bu amildən heç bir neft ixrac edən ölkə xüsusi şəkildə sığortalana bilməz. Azərbaycan kimi iqtisadi inkişafa nail olmuş ölkələr neftin qiymətinin kəskin azalması fonunda da böyük təsirlərə məruz qalmır. Çünki qeyri-neft sektorunun inkişafı, həyata keçirilən iqtisadi islahatlar neftdən asılılığın minimuma endirilməsinə hesablanmış addımlardır. Müşahidələrimiz də göstərdi ki, Azərbaycan iqtisadiyyatı baş verən və baş verə biləcək bütün iqtisadi-siyasi şoklara qarşı dayanıqlılığını qoruyub saxladı”.


Deputat qeyd edib ki, ölkə iqtisadiyyatının digər sahələrində pandemiya təsirləri özünü biruzə verməyib: "Milli valyutanın öz möhkəmliyini qoruyub saxlaması, sosial tədbirlərin icrası göstərdi ki, dövlətin iqtisadi dayaqları hər hansı əks-təsirlərə qarşı çox güclü təminata malikdir. Bu gün vətəndaşlarımızın sosial təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan bütün proqramlar icra olunur. Eyni zamanda təkcə sosial tədbirlər deyil, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. 4,2 milyon vətəndaşımızı əhatə edən 3 milyarddan çox vəsait ayrıldı ki, burada həm sahibkarlığın inkişafı, bank sektorunun sağlamlaşdırılması, ümumilikdə pandemiya sonrası iqtisadiyyatın adaptasiyası ilə bağlı atılacaq addımlar artıq nəzərdə tutulub".


Millət vəkili vurğulayıb ki, Milli Şura kimi anti-milli ünsürlərin neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatının zəifləyəcəyi ilə bağlı sevincə qərq olmaları isə cəmiyyət tərəfindən ikrahla qarşılandı: "Çünki təmsil etdikləri ölkənin gəlirləri azalacaq deyə sevinc yaşayan anti-milli müxalifət ünsürləri ilə bağlı xalqın mövqeyi birmənalıdır. Bu, xalqa, millətimizə qarşı açıq düşmənçilikdən başqa bir mahiyyət ifadə etmir. Bu cür düşmən mövqelərin əksinə olaraq xalqımız cənab prezidentin “Biz birlikdə güclüyük” devizi altında sıx birləşib”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top