Tərtərdə baş vermiş partlayışla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

SİYASƏT 17 iyn 2020, 19:13

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

 

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

 

Müdafiə Nazirliyi bildiri ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top