Fəzail Ağamalı: “Ermənistan koronavirusla mübarizədə dünyada ən geridə qalan ölkələrdən biridir”

GÜNDƏM 17 iyn 2020, 18:01

“Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada müstəsna töhfə verən ölkələrdən biridir və bunu öz əməli fəaliyyəti ilə bunu sübut edib. Azərbaycanın pandemiya ilə mübarizədə oynadığı müstəsna rol beynəlxalq aləm, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Bu gün Azərbaycan dünyanın çox ölkələrindən fərqli olaraq digər ölkələrdən yardım alıb pandemiyaya qarşı mübarizə aparmır, əksinə donor ölkə kimi çıxış edərək, xeyli sayda ölkəyə yardım edib”.


Bunu “Ölkə.Az”a açıqlamasında  “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı deyib.


Onun sözlərinə görə,  qonşu ölkələrdə baş verən hadisələrə dediklərimizin bariz nümunəsidir. “Bu gün Azərbaycanın istər əhali sayına görə, koronavirusa yoluxma olsun, istər yoluxanlaırna sağalmasına, ölüm sayına, istər xəsətəxana və çarpayı sayına görə Azərbaycan dünyanında öncül ölkələrdən biridir.  Azərbaycan Prezidentinin zamanında atdığı təxirəsalınmaz addımlar  və dövlətin bütün  gücünü pandemiyaya qarşı səfərbər etdiyindən bu gün  vəziyyəti nəzarətdə saxlamaq mümkün olub.  Pandemiyanın təsirlərini aradan qaldırmaq üçün 3,5 milyard manatlıq bir büdcə formalaşdırılıb. Bundan əlavə olaraq  xüsusi Fond yaradılıb. Bununla işini bitirməyən Azərbaycan hökuməti  ən gözlənilməz ssenariya hazırlıq işlərini görüb və görməkdədir. Bu məqsədlə yeni 10 modul tipli xəsətəxana tikilməkdədir. Artıq bu xəstəxanalrdan 4-ü istifadəyə verilib. Azərbaycan eyni zamanda 30-a yaxın ölkəyə yardım edib. Ölkəmiz 10 milyon dollar ÜST-ə, 5 milyon dollar İrana və daha 29 ölkəyə müxtəlif ölkəyə yardım edib. Azərbaycana isə ancaq ABŞ və Avropa Birliyi ölkələrindən olub. Dediklərim Azərbaycanın pandemiyaya qarşı ümbarizədə oynadığı rolun göstəricisidir”- F.Ağamalı bildirib.


Ermənistandakı vəziyyəti dilə gətirən F.Ağamalı bildirib ki,  bu gün Ermənistan koronavirusla mübarizədə dünyada ən geridə qalan ölkələrdən biridir. “Əhalisinin sayı 3 milyondan az olan bir ölkədə əhali sayına görə,  istər koronavirus infeksiyasına yoluxma, istər, ölüm, istər sağalama, istər xəstəxana və çarpayı, istərsə də həkim sayına görə Ermənistan Azərbaycan heç müqayisə edilə bilməz.  Bu gün azərbaycanda virusa yoluxanlaırn təqribən 60 faizindən artıqı sağaldığı halda, Ermənistanda bu rəqəm 40 fazi cıvarındadır. Yəni Ermənistanın koronavirusa qarşı mübarizədə imkanları Azərbaycandan qat-qat aşağı olduğundan, bu gün pandemiya bu ölkədə tüğyan edir. Odur ki, bu məsələdə Azərbaycanı  Ermənistanla  müqayisə etmək çox yanlışlıq olardı. Məhz bunun nəticəsidir ki, Ermənistan yenidən dilənərək, xarici ölkələrin yardımı hesabına bu işi görmək istəyirlər. Bu gün Ermənistanda təkcə xəstəxanalrda yer çatışmazlığı yox, eyni zamanda  həkim çatışmazlığıda ortadadır.  Bütün  bunlar onu deməyə əsas verir ki, Azərbaycandan fərqli olaraq Ermənistan hakimiyyətinin  yürütdüyü siyasətin insan amilinin dayanmamasıdır. Azərbaycanda isə yürüdülən siyasətin mrəkəzində insan amili və onun sağlamlığının müdafiəsi dayanır”- F.Ağamalı qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top