Karantin rejimi Əməkdar artistin qızı ilə kürəkənini "ayırdı" — 3 ay sonra...

ŞOU-BİZNES 17 iyn 2020, 16:50

Aparıcı Zaur Kamal "5/5"də Əməkdar artist Mətanət İsgəndərlidən türkiyəli kürəkəni ilə canlı yayımda telefon əlaqəsi yaratmasını istəyib.


Demokrat.az xəbər verir ki, müğənni aparıcının istəyini yerə salmayıb.


Efirdə qızı Ülkərin həyat yoldaşı Engin bəyə zəng edən xanım sənətçi "Ülkər necə olacaq bəs? Bəlkə deyirəm gəlsin qalsın orada karantində" ifadələrini işlədib.


Müğənninin sözlərinə kürəkəni "Ayın 1-i açılacaq yollar İnşəAllah" cavabını verib. Mətanət İsgəndərli Enginlə "Allah sizi tezliklə qovuşdursun" sözləri lə vidalaşıb. 


Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlandıqdan əvvəl Ülkər Bakıya anasının yanına gəlmişdi. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir.


Məlumat üçün bildirək ki, dünəndən etibarən Türkiyədə koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan olunub.


Xatırladaq ki, Ülkərlə Engin 2017-ci ildə ailə qurublar. Övladları yoxdur.(milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top