Azərbaycanda daha bir məhdudiyyət tətbiq olundu

SOSİAL 17 iyn 2020, 15:45

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.


AQTA-dan Demokrat.az-a daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib. 


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.


Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top