Məktəbli formalarının tikilişi dayandırıldı — RƏSMİ

SOSİAL 17 iyn 2020, 15:06

Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.


Bu barədə Oxu.Az-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:


“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız movcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”.


Xatırladaq ki, mövzu ilə əlaqədar ilk xəbəri Cebhe.info saytı yayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top