Ziyalılardan şəhər merinə müraciət: “Bakının küçələrində Azərbaycan dilinə divan tutulur”

GÜNDƏM 17 iyn 2020, 14:21

Millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, yazıçılar, müəllimlər və başqaları Bakının əcnəbi dillərin "işğalından" azad edilməsini istəyir.


Dominant.az xəbər verir ki, bu məqsədlə 777 nəfər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.


Müraciətdə deyilir:


"Hörmətli Eldar müəllim!


İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik.


“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu Qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə məyusluq doğurub.


Bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çoz təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.


Bəli, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir. Milli müstəqilliyimizin olmadığı sovet dövründə belə şəhərimizdə indikindən fərqli olaraq rusca yazılarla yanaşı, Azərbaycan dilində yazılanlara geniş yer verilirdi.


Hörmətli Eldar müəllim!


Sizin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz zaman Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üzləşdiyinizi bilirik. Amma qeyd etdiyimiz bütün bu qanun pozuntularını aradan qaldırmaq da Sizin səlahiyyətinizdə və öhdənizdədir. Çünki Siz Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyətinin rəhbərisiniz.


Hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.


Göründüyü kimi, bu Fərmana məhəl qoyulmur. Əcnəbi dillərin təbliğatçılarına çevrilmiş obyektlərin sahibləri təkcə Prezident fərmanına deyil, dövlətin rəsmi Azərbaycançılıq ideologiyasına da etina etmirlər. Sizə bu müraciətimizlə əminliyimizi bildirmək istərdik ki, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi və tutduğunuz vəzifə icabı olaraq qaldırdığımız məsələyə ciddi yanaşacaq, Azərbaycan dövlətinin rəmzlərindən olan dövlət dili haqqında qanuna əməl edilməsi istiqamətində təxirsiz tədbirlər görəcəksiniz".


Hörmətlə,


1. Könül Bünyadzadə, AMEA, müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
2. Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
3. Etibar Əliyev, Milli Məclisin deputatı
4. Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
5. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
6. Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
7. Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
8. İdris Abbasov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmlər doktoru
9. Qulu Məhərrəmli, filologiya elmləri doktoru, BDU, professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
10. Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
11. Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
12. Xaləddin İbrahimli, professor
13. Bəhmən Sultanlı, professor
14. Nəsir Əhmədli, professor
15. Rafiq Yusifoğlu, professor, şair, ədəbiyyatşünas
16. Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
17. Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universitetinin professoru, rəssam
18. Güllü Yoloğlu. AMEA Arxeoloviya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, professor, Dünya Türkologiya Mərkəzinin sədri
19. Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
20. Qalib Sayılov, professor
21. Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor
22. Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
23. Tamella Əliyeva, Turkiyə, Muş Alparslan Üniversiteti, Jurnalistika Fakültəsinin dekanı, professor
24. Rüstəm Kamal, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü
25. Vəsilə Hacıyeva, siyasi elmlər üzrə elmlər doktoru, Xəzər Universiteti, professor
26. Qara Məşədiyev, AMEA Nəsimi adına Dilçilik İnstitutu, professor
27. Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
28. Nizami Məmmədov ( Tağısoy), Bakı Slavyan Universiteti, professor, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi.
29. Elmira Nağıyeva, kimya elmləri doktoru, professor
30. Nazim Nağıyev, kimya elmlər doktoru , professor
29. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, dosent
30. İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
31. Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
32.Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
33. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
34. Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
35. Şəhla Əhmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent
36. Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
37. Dilavər Əzimli, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
38.Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
39. Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent
40. Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
41.Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
42.Seyfəddin Altaylı, dosent
43.Qurban Bayramov, AYİB üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
44. Adil Həsənoğlu, fəlsəfə doktoru, dosent
45. Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
46. Məti Osmanoğlu, AYB üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent
47. Kəmalə Umudova, filologiya elmləri namizədi, dosent
48. Aydın Qənbərov, filologiya üzrə fəlsəfə doktoru, dosent
49. Gülarə Məlikova, filologiya üzrə fəlsəfə doktoru, dosent
50.Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
51. Kəmalə Qəhrəman, BDU-nun dosenti
52. Nurida Novruzova, Bakı Slavyan Universiteti Türkologiya kafedrasının dosenti
53. Rövşən Məmmədov, Türkiyə Respublikası Bülent Ecevit Universitetinin dosenti,
54. Mahmudova Şəlalə, filologiya üzrə fəlsəfə doktoru, ADPU, dosent
55.Saida Qafarova, filoloq, dosent
56. Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti
57. Ziyad Əmrahov, AMEA Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
58. Leyli Əliyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent.
59. Şəfahət Abdullayeva, DİA, Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti
60. Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
61. İzzət Əfəndiyev, pedaqoji elmlər namizədi, dosent
62. Fəxrəddin Yusifov, dosent
63. Şəfəq Azər, dosent
64. Anar Namazov, dosent
65. Fəxrəddin Əliyev, dilçi, dosent.
66. Nardanə Yusifova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Təsviri materiallar” fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent
67. Bela Musayeva, kimya üzrə fəlsəfə doktoru, dosent
68. Minaxanim Musayeva kimya üzrə fəlsəfə doktoru, dosent
69. Qəribə Qasımova, kimya üzrə fəlsəfə doktoru, dosent
70. Təranə Cəfərova, kimya üzrə fəlsəfə doktoru, dosent
71. Əli Qədirov, kimya üzrə fəlsəfə doktoru, dosent
72. Ramazan Qafarlı, filologiya elmləri doktoru
73. Rafiq İsmayılov, filologiya üzrə fəlsəfə doktoru, naşir
74. David Nəsibov, AzTU, dosent
75. Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, dosent
76. Kəminə Məmmədova, dosent
77. Yeganə Kərimzadə, yazıçı
78. Məmməəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent.
79. Zöhrə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru
80. Nəriman Əbdülrəhmanlı, yazıçı
.....


Cəmi 777 imza


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top