Məşhur diktor koronavirusa yoluxub? — İDDİA

SOSİAL 17 iyn 2020, 14:18

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları arasında COVID 19-a yoluxma hallarının artdığı iddia olunur.


Dominant.az-a AzTV-dən daxil olan məlumatda bildirilir ki, virusa yoluxanlar arasında məşhur diktor, Əməkdar artist Rafiq Həşimov da var. Diktorun bu səbəbdən artıq dünəndən işə gəlmədiyi də qeyd olunur.


Məlumatı dəqiqləşdirmək üçün R.Həşimovun özü ilə əlaqə saxladıq. Diktor bildirdi ki, yayılmış məlumat əsassızdır: "Mən test vermişəm, cavab neqativ çıxıb. Məndə COVID-19 yoxdur".


Qeyd edək ki, bundan öncə - Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı AzTV-nin operatorunda koronavirus aşkarlanmışdı. AzTV-in virus aşkarlanmış operatoru ilə yanaşı, səfərdə olmuş bütün əməkdaşları - 9 nəfər Tərtərdən qayıdan kimi karantinə alınmışdı.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top