Bu gün Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edildi

SOSİAL 17 iyn 2020, 14:01

Rusiyadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.


“Report”un Rusiya bürosu xəbər verir ki, avialaynerdə 150 nəfər var.


“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, - məlumatda bildirilib.


Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar Vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top