Bakıda və rayonlarda komendant saatı tətbiq ediləcək? — Deputatdan AÇIQLAMA

SOSİAL 17 iyn 2020, 12:59

Xəbər verdiyimiz kimi iyunun 16-da Azərbaycanda 338 nəfər koronavirusa yoluxub, 4-ü isə nəfər vəfat edib.Qeyd edək ki, 2 həftədir ki, istirahət günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulub. Sərt karantin günlərini evdə keçirmək istəməyən şəxslər bölgələrə üz tutub. Əlbəttə, bu da ölkə ərazisində koronavirusun geniş yayılma riskini artırır. Bu həftə Bakıda və rayonlarda komendant saatı elan edilə bilərmi?


Bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə vətəndaşların məsuliyyətlə yanaşması vacibdir: "Operativ Qərargah 9 şəhər və rayonu narıncı zonaya daxil edərək 14-15 iyun tarixlərində həmin yerlərin qapadılması ilə bağlı qərar qəbul etdi. Biz nə etdik? Çalışdıq ki, hərə özünə bir yol taparaq rayonlara qaçsın .Təbii ki, bu qəbuledilməzdir. Biz dərk etməliyik ki, yaşadığımız yer qapadılırsa buranın infeksiya yayılma riskini nəzərə alınaraq belə qərar qəbul edilir. Hamız da müəyyən olunmuş iki gündə qapalı vəziyyətdə yaşamalıyıq. Biz isə infeksiyanı bölgələrə daşımağa çalışırıq. Nəticədə isə yeni yaşayış yerlərində də həyəcan təbilini çaldırılmasını zəruri edirik. Biz bir dəfəlik dərk etməliyik ki, pandemiyaya görə hərəkətimiz minimumlaşmalıdır, tibbi maska taxılmalıdır. Biz isə tibbi maskasını çənəmizə taxırıq və polis görəndə ağzımıza keçirdirik. Bu belə olmamalıdır. Birdəfəlik dərk etməliyik ki, tibbi maska ilə yaşamağa öyrəşməliyik. Tanıdığımız adamlarda yoluxmalar vədünyasını dəyişənlər gözümüzün önündə baş verir. Çox maraqlıdır ki, niyə nəticə çıxarda bilmirik. Komendant saatının rayonlara tətbiq olunacağını düşünmürəm. Sadəcə narıncı zonaya daxil yaşayşış məntəqlərində yaşayan insanların heç bir halda regionlara istirahətə getməsinə icazə verilməməlidir. Hərəkət tamamilə dayanmalıdır ki, nəticə əldə edək".(sonxeber.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top