İcra başçısının 115 min manat "qazpulu" borcu var

SOSİAL 17 iyn 2020, 12:53

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu ortaya çıxıb və bununla bağlı məhkəməyə müraciət olunub. 


Bu barədə Meydan TV-yə “Azəriqaz”dakı mənbə məlumat verib. Bakı Kommersiya Məhkəməsindən də məlumatı təsdiqləyiblər.


Çeşmi Hacıyeva bu yaxınlarda Ağstafaya icra başçısı təyin olunmuş Seymur Orucovun həyat yoldaşıdır.


Borc icra başçısının ailəsinin biznes fəaliyyətilə əlaqədardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top