"Vətəndaşlarımızı maksimum anlayış göstərməyə çağırırıq" — XİN-dən Dağıstandakı hadisəyə REAKSİYA

SİYASƏT 16 iyn 2020, 20:39

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiya ilə sərhəddə baş verən hadisəyə münasibət bildirib.

 

O, "Report"a deyib ki, Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən münasibət bildirildi: "Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".

 

"Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndşımızın ölkəyə keçidi təmin olunub. Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq", - L.Abdullayeva vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top