Nazirlər Kabineti kimyəvi silahların məhv edilməsi qaydasını hazırlayacaq

SİYASƏT 16 iyn 2020, 19:26

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını hazırlayacaq.

 

Demokrat.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanda əksini tapıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanuna uyğun olaraq uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top