Könül İsmayılova: "Dövlətin imicinə zərbə vurulur"

GÜNDƏM 16 iyn 2020, 17:30

"Çox ürəkparçalayan xəbərdir. Xarici işlər nazirliyimiz, Rusiyadakı səfirimiz və ya səfirliyimiz hara baxır?"

 

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ötən gün Dağıstanda Rusiya polisinin Azərbaycana qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlılara qarşı zor tətbiq etməsinə münasibət bildirərkən deyib.

 
Azərbaycanın xarici işlər nazirinin baş verənlərə həmişə olduğu kimi "dişsizlik" nümayiş etdirdiyini pisləyən K.İsmayılova bildirdi ki, çox güman ki, nazir bu dəfə də yüngülvari açıqlamalar verməklə işini bitmiş sayacaq:


"Sözçüləri bu dəfə də çıxıb deyəcək ki, bu məsələ də nazirin şəxsi işidir? Bu qədər neqativ halları yaratmaq istəyənlər elə bil sözləşiblər, hansı tərəfə baxırsan orda dövlətə mənfi imic yaradacaq planlar işə salınıb".

 
K.İsmayılova onu da qeyd etdi ki, MMP olaraq Azərbaycan Prezidentinə müraciət edirlər ki, soydaşlarımızın sağ-salamat vətənə gəlmələrini təmin etsin:


"Prezidentimiz çıxışlarının birində deyib ki, - koronavirus pandemiyası dövründə mənim üçün iqtisadiyyat yox, millətimin sağlamlığı önəmlidir. Bu fikirlərdən dolayı MMP olaraq inanırıq ki, prezidentimiz millətinə sahib çıxacaq."


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top