Ermənistan 2019-cu ildə Bolqarıstandan 500 ədəd RPQ-22 “Netto” tipli reaktiv qumbaraatan satın alıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Bolqarıstan Hökumətinin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.
RPQ-22 “Netto” qumbaraatanları Bolqarıstanın “Arsenal” şirkəti tərəfindən istehsal edilir.
Çapı 72.5 mm, uzunluğu 755 mm, çəkisi 2.7 kq təşkil edən RPQ-22 qumbaratanı bir dəfə istifadə üçündür. Qumbaraatanın atəş uzaqlığı 160 metr, nişangah uzaqlığı 250 metr, atəş yığımının çəkisi 1.5 kq, sürəti 135 m/saniyə təşkil edir.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bundan əvvəl -2017-ci ildə Bolqarıstanın “Arsenal” şirkətindən 1094 ədəd RPK tipli əl pulemyotu alıb.