Poroşenkonun atası öldü

DÜNYA 16 iyn 2020, 15:01

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenkonun atası Aleksey Poroşenko 85 yaşında vəfat edib.


Demokrat.az xəbər verir ki, bu barədə P. Poroşenkonun sədrlik etdiyi Avropa Həmrəyliyi Partiyasının mətbuat xidməti açıqlama yayıb.


Onun ölüm səbəbinin hemorragik insult olduğu bildirilib.


Qeyd edək ki, Aleksey Poroşenko SSRİ və Ukraynada iqtisadiyyat sahəsində fəaliyyətlərinə görə tanınır. O, 2009-cu ildə aqrar-sənaye kompleksinin inkişafındakı xidmətlərinə və məhsuldarlıq üçün müasir texnologiyaların tətbiqinə görə Ukraynanın Qəhrəmanı adına layiq görülüb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top