Elza Seyidcahandan koronavirus şeiri: "Sən ey taclı eybəcər!..." (VİDEO)

ŞOU-BİZNES 16 iyn 2020, 13:17

Əməkdar artist Elza Seyidcahan koronavirusa şeir həsr edib. 


Demokrat.az xəbər verir ki, müğənni şeiri Teleqraf.com-a müsahibəsi zamanı səsləndirib. Həmin şeiri təqdim edirik: 


Deyək sənə niyə gəlmisən?
Yoxsa deyək xoş gəlmisən?


Sən ey taclı eybəcər!
İçində bir insaf varsa,
Nə olar, çıx get.


Vicdansız olmaz əcəl,
Yaşama qarğadan betər!
Tacın sənə qalxandırsa,
Qalxanını öz başında,
Edəcəyik tikə-tikə.


Biz olaq əkə, sən bizə ləkə,
Virusunla virusları
Silkələ, məhv elə.
Elə et ki, ulasınlar.
İt kimi tutub, yıx yerə qap.
Döyəclə göyərt, yırğala çap.
Şillələ-şillələ...
Dondurmavirus.
Sən hərdən gəl,
Qanımızı, südümüzü,
Təmizlə!


Dostumuza hörmət elə,
Düşmənimizi kəniz elə,
Zinamızı düyünlə,
Qorxunc səsin-küyünlə.
Sədası xoşdur düzü,
Təmiz vicdan səsinin əks-sədasıdır özü.
Koronavirus.


Sirus əmi, düyümüzü, qəndimizi,
Pilus əmi, paklığımızı, səmtimizi,
Sən isə bizim axrımızı?
Rahat yatmaq istəyənlər,
Öldü yüzü.
Açıldı üzü, dirildi quzu.
Qanlıvirus.


Sən bizə dürüst, biz sənə sürük.
O mənə düşük, mən ona küsük.
Hər birimiz tükdən nazik qıl körpüsü.


Koronavirus.
İstəyirəm vicdan rahatlığım gəlib,
Şükran rahatlığım olsun.
Ləkəli vicdan, hamı üçün,
Keçmiş olsun.


Təmiz vicdan,
Əyləncələr yanğısının məşəli olsun.
İstəyirəm, gözləyirəm, ağlayıram,
Mən onu çox istəyirəm.
Hallılarım amanı gəlsin özlərinə.
Yamanların yaxşısı girsin gözlərinə.
Sərvətimin qiymətidir vicdanlığım.


Vicdanımın külündən bəhrələndim.
İnsaf dinin yarısıdır, ləkəli virus.
Onsuz da sən nifrətlərə dönəcəksən.
Vaxt gələcək öləcəksən, koronavirus.
Onda...!
Sənin kimi ölənləri,
Basdıran da olmayacaq!
"Taclı eybəcər!"

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top